Dünya futbolu
Lüksemburqun 13 illik həsrəti bitdi
Ötən gün DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turu çərçivəsində səfərdə İrlandiyaya qalib gələn Lüksemburq millisi 13 illik həsrətə son qoyub.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 85-ci dəqiqədə Jerson Rodriqesin vurduğu yeganə qol sayəsində rəqibini 1:0 hesabı ilə üstələyib.
Bununla da Luksemburq yığması 13 il sonra ilk dəfə səfərdə qələbə qazanıb. Bu komanda sonuncu dəfə 2008-ci ildə İsveçrə ilə səfər oyununda qələbə qazanmışdı.
Qeyd edək ki, Lüksemburq və İrlandiya yığmaları DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə birgə A qrupunda mübarizə aparırlar.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?