Bizi izləyin

Müsahibə

“Məğlubiyyətə layiq deyildik”

blank
blank

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayevin futbolinfo.az saytına müsahibəsi

– Ölkə çempionatının 24-cü turunda “Zirə”yə böyük hesabla uduzdunuz və bu nəticə gözlənilməz oldu. 0:3 hesablı məğlubiyyətin səbəbini nədə görürsünüz?

– “Zirə” ilə oyunun nəticəsi bizim üçün də gözlənilməz oldu. Ağlımızdan keçməyən hesab qeydə alındı. Çünki biz ancaq qələbəyə köklənmişdik. Oyunun iştirakçısı olmuş biri kimi deyirəm ki, “Zirə” bizə heç bir çətinlik yaratmadı. Oyun tam nəzarətimizdə idi. Nə qədər qol imkanından istifadə edə bilmədik. Bəxtsizlikdən öz qapımıza qol vurduq. Matç bitəndən sonra uduzduğumuz üçün çox məyus olmuşduq. Komanda olaraq meydanı 3 xalla tərk edəcəyimizə inanırdıq. Əfsuslar olsun ki, futbolda belə hallar da baş verir. Qeydə alınan hesab oyuna görə deyildi.

– Adətən oyunlarda sonadək meydanda olursunuz. Budəfəki görüşün fasiləsində əvəzlənməyiniz nə ilə bağlı idi?

– Fasilədə əvəzlənəcəyimi mənim kimi, komanda yoldaşlarım da gözləmirdilər. Çünki ilk 45 dəqiqədə üstünlük tam bizdə idi. “Zirə”nin fasiləyədək təkcə hesabı açdığı epizod var idi, onda da öz qapımıza qol vurmuşduq. Ümumiyyətlə, “Zirə” qapımıza yaxınlaşa bilmirdi. Hücumları biz qururduq, top saxlayırdıq. Fasilədə belə bir dəyişiklik baş verdi, əvəzləndim. Sadəcə, baş məşqçi Azər Bağırovun yeri mənim üçün ayrıdır, özü də bunu yaxşı bilir. Buna görə də əgər qərarları nəticə gətirəcəksə, o qərarlar mənim əleyhimə olsa belə, həmişə ikiəlli razıyam. Təki nəticə versin, komandamızın xeyrinə olsun, “Araz-Naxçıvan” qələbə qazansın. Əfsuslar olsun ki, ikinci hissədə daha 2 top buraxdıq. Həm öz adıma, həm də komanda və baş məşqçimizə görə pis oldum ki, istədiyimiz nəticəni qazana bilmədik. Növbəti oyunlara köklənməliyik. Çempionat elə keçir ki, çıxdığın hər oyun turnir cədvəlindəki mövqeyinə təsir edir.

– Turlar keçdikcə “Araz-Naxçıvan” gerilədi, hazırda 8-ci yerdəsiniz. Bu geriləməni nə ilə izah edərdiniz?

– “Səbail”lə oyunda məğlubiyyətə layiq deyildik, ancaq uduzduq. “Zirə” ilə görüşdə də eyni hal yaşandı. “Sumqayıt”la heç-heçə etdiyimiz oyunda meydanda bir komanda var idi, o da biz idik. Futbol elə bir oyundur ki, üstün oynadığın halda, nəticə qazanmaya da bilərsən. Bu cür xal itkilərindən sonra ruhdan düşürsən, komandada psixoloji çətinlik yaranır. “Araz-Naxçıvan” bu mövsüm “Qarabağ”ı çıxmaq şərtilə, heç bir matçda oyun baxımından rəqiblərinə uduzmayıb. Azər müəllim gözəl kollektiv yaradıb, yaxşı heyətimiz var. “Araz-Naxçıvan” mövsümün gedişində öz oyunu, uğurlu nəticələri ilə hamını təəccübləndirdi. Hazırda 8-ci pillədə olmağımıza gəlincə, hələ heç nə bitməyib. Komandamıza inanıram. Başımızı aşağı salıb növbəti matçlara köklənməliyik. Biz oyun cəhətdən heç kimdən zəif deyilik. Çalışacağıq ki, qarşıdakı turlarda qələbələrimizi sıralayaq və turnir cədvəlində yuxarı pillələrə qalxaq.

– Növbəti oyunda “Sabah”la üz-üzə gələcəksiniz. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?

– “Sabah” çox çətin rəqibdir, keyfiyyətli komanda olduğunu hamı bilir. Son turda “Səbail”ə uduzduqları üçün bizimlə oyuna ayrı motivasiya ilə çıxacaq, qələbə qazanmaq istəyəcəklər. Hər iki komanda qalib gəlməyə çalışacaq. Xallarımız eyni olduğu üçün çox gərgin və maraqlı görüş keçəcək. Matça ciddi hazırlaşıb oyundan 3 xalla ayrılmalıyıq.

– Bir müddət Premyer Liqadan uzaq düşmüşdünüz. “Araz-Naxçıvan”la birlikdə siz də yüksək dəstəyə qayıtdınız. Yenidən Premyer Liqaya uyğunlaşmaq sizə çətin olmadı? Yüksək dəstənin hazırkı səviyyəsi barədə nə deyə bilərsiniz?

– Düzdür, neçə il Premyer Liqadan uzaq düşdüm. Mənə qarşı çox haqsızlıq olub. Azərbaycan futbolunda ən çox haqsızlıq görən 3 futbolçu varsa, biri mənəm. Öz səhvlərim də çox olub. Bəzən emosional qərarlar vermişəm. Heç kimə pisliyim dəyməyib, amma görünən odur ki, bəziləri başqa cür insanlar görmək istəyirlər. “Araz-Naxçıvan” mənim üçün ikinci ailə oldu. Buranın mənim üçün dəyəri başqadır. Bütün oyunlarda var gücümü meydanda qoyuram. Azər Bağırov həyatımda yer alan ən önəmli 3 insandan biridir. Premyer Liqadan uzaq düşən futbolçular olaraq, biz göstərdik ki, heç kimdən zəif deyilik. Allaha şükürlər olsun, bu gün heç kimdən geri qalmırıq. Çox istəyirəm ki, “Araz-Naxçıvan”ın yaxşı nəticələri, yaxşı gələcəyi olsun. 2011/12 mövsümündən Premyer Liqada oynamışam. Həmin vaxtdan yadıma gəlmir ki, bu qədər gərgin, rəqabətli çempionat olsun. İkinci yerdə gedən komanda 8-ci pillədə qərarlaşan komandadan cəmi 5 xal öndədir. Bu mövsüm çempionat çox maraqlı, həyəcanlı keçir. Premyer Liqadan bir müddət uzaq düşsəm də, yüksək dəstəyə uyğunlaşmaq mənim üçün o qədər də çətin olmadı. Çalışdım ki, oyundan-oyuna artırım. Heç vaxt özümü kimdənsə zəif görməmişəm. Bilirdim ki, keyfiyyətim varsa, mənə şans veriləndə mütləq dəyərləndirəcəyəm. “Araz-Naxçıvan”ın Premyer Liqaya yüksəlməsində, burada xallar toplamasında mənim də əziyyətim olubsa, nə xoş mənə. Bəxtsizlikdən itirdiyimiz xallar olmasaydı, bu dəqiqə 2-ci yerdə idik. Futbol cəhətdən “Qarabağ”dan sonra stabil oyun göstərən komandalardan biri də bizik.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Ölkə futbolu2024-04-15 14:03

“Səbail”də islahatlar olacaq

blank
Milli komanda2024-04-15 13:48

İspaniyada oynayan 8 azərbaycanlı futbolçu milliyə çağırıldı

blank
Ölkə futbolu2024-04-15 13:31

Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü

blank
Digər idman növləri2024-04-15 13:14

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Ölkə futbolu2024-04-15 12:59

Azərbaycanın ev sahibi olacağı mötəbər tədbir bu stadionda keçiriləcək

blank
Digər idman növləri2024-04-15 12:44

Litvalı atlet 38 illik rekordu yenilədi

blank
Digər idman növləri2024-04-15 12:29

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 7 qızıl medal

blank
Digər idman növləri2024-04-15 12:11

Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib

blank
Digər2024-04-15 11:54

WADA 19 apreli dünyada Ədalətli İdman Günü elan edib

blank
Digər idman növləri2024-04-15 11:39

MBA-da çempionat bitdi, bütün cütlüklər məlum oldu

blank
Ölkə futbolu2024-04-15 11:29

“Qarabağ”ın seriyası qırıldı, avrokubok mübarizəsi qızışdı

blank
Dünya futbolu2024-04-15 11:20

Çempionluq görüşündə ilk het-trik

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm