Digər idman növləri
Məmmədyarova liderə məğlub oldu
Qadın şahmatçılar arasında Azərbaycan çempionatında 6-cı turun görüşləri keçirilib.
Futbolinfo.az xəbər verir ki, hesabat turunda yeganə heç-heçə Ləman Hacıyeva və Xanım Balacayeva arasındakı dueldə qeydə alınıb.
Yarışın lideri Ayan Allahverdiyeva 6-cı turda Zeynəb Məmmədyarovanı məğlub edib. Qara fiqurlarla oynayan ötən ilin Azərbaycan çempionu Gövhər Beydullayeva da Xəyalə Abdulladan üstün olub.
Türkan Məmmədyarova Nərmin Abdinovaya, debütant Nurtan Nuriyeva isə Səbinə İbrahimovaya uduzub. Gülnar Məmmədova bu tur istirahət edib.
Altı turdan sonra aktivində 4,5 xalı olan Ayan Allahverdiyeva birinci pillədə qərarlaşıb. Liderdən yarım xal geri qalan Gövhər Beydullayeva ikinci sıradadır. Hərəyə 3,5 xalı olan Səbinə İbrahimova və Xanım Balacayeva müvafiq olaraq 3-4-cü yerləri bölüşdürürlər.
Qeyd edək ki, ölkə çempionatına fevralın 14-də yekun vurulacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?