Dünya futbolu
Mahir Emreli “Legiya” ilə Estoniyaya yollandı
Sabah UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Estoniyanın “Flora” komandası ilə cavab qarşılaşmasına çıxacaq “Legiya”nın heyəti açıqlanıb.
Futbolinfo.az Polşa klubunun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisinin baş məşqçisi Çeslav Mixneviç Tallindəki oyun üçün heyətə azərbaycanlı hücumçu Mahir Emrelinin də adını daxil edib.
“Legiya” “Flora” ilə matç üçün artıq Estoniyaya yola düşüb.
Sabah keçiriləcək “Flora” – “Legiya” matçına saat 20:00-da start veriləcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə “Legiya” 2:1 hesablı qələbə qazanıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”