Ölkə futbolu
Mahir Emreli: “Polşa çempionatı Azərbaycan Premyer Liqasından daha yaxşıdır”
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubuna transferindən danışıb.
Futbolinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu Polşa klubunun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Legiya”ya keçidimin əsas səbəbi bu komandanın daim titul uğrunda mübarizə aparması və avrokuboklarda çıxış hesabına inkişaf etmək istəyidir. Polşa çempionatı Azərbaycan Premyer Liqasından daha yaxşıdır. Bilirəm ki, burada oynamaqla bacarıqlarımı artıracağam. Komanda yoldaşlarımla məşqlərdə iştirak etməyi böyük səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Mahir Emreli bu gün “Legiya” ilə 3+1 illik müqaviləyə imza atıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?