Dünya futbolu
Mahir Emrelinin klubu sabiq “Qalatasaray”lı ilə gücləndi
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Varşava təmsilçisi müdafiəçi Mattias Yohansson və yarımmüdafiəçi Jozueni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçularla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Mattiasın son iş yeri Türkiyənin “Gənclərbirliyi” klubu olub. Jozue isə İsrailin “Hapoel” (Beer-Şava) klubunda çıxış edib.
Jozue karyerası ərzində Portuqaliyada “Portu”, Türkiyədə “Bursaspor”, “Qalatasaray”, “Osmanlıspor”, “Akhisarspor” kimi klublarda forma geyinib. Yarımmüdafiəçi Portuqaliya yığmasında 4 oyuna çıxıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…