Ölkə futbolu
Mahir “Legiya”nın oyunlarında iştirak edə biləcək?
Üçüncü koronavirus testi neqativ çıxan Mahir Emreli “Legiya”nın növbəti oyunlarında iştirak edə biləcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Mahir iki dəfə koronavirus testi neqativ çıxdığı üçün karantinə alınmayacaq. 24 yaşlı hücumçu “Legiya”nın Ekstraklasanın 11-ci turunda “Lex”ə qarşı keçirəcəyi oyunda meydana çıxa bilər.
Emreli dünən üç dəfə koronavirus testi verib. Bunlardan ilkinin cavabı pozitiv, digərləri isə neqativ olub. Birinci testi müsbət çıxan azərbaycanlı hücumçu DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə matçında (1:3) iştirak edə bilməyib.
“Legiya” – “Lex” matçı oktyabrın 17-də keçiriləcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza