Ölkə futbolu
Mahirdən “Legiya”da uğurlu debüt – het-trikə imza atdı – VİDEO
Avstriyada təlim-məşq toplanışında olan Polşanın “Legiya” klubu bu gün yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi komanda yerli “Bişofshofen”lə qarşılaşıb.
Polşa çempionu bu oyunda darmadağına çevirib. “Legiya” rəqib qapısından beş cavabsız qol keçirib – 5:0.
Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. Komandasının vurduğu qollardan üçünə məhz Emreli imza atıb. Azərbaycan yığmasının hücumçusu 6, 22 və 36-cı dəqiqələrdə fərqlənib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?