Ölkə futbolu
Mahiri Bolqarıstana aparmadılar
Zaqreb “Dinamo”sunda çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ludoqorets”lə (Bolqarıstan) səfər oyununu buraxacaq.
Futbolinfo.az xəbər verir ki, Mahir belindəki ağrı səbəbindən Bolqarıstana aparılmayıb.
Oyun bu gün saat 21:45-də başlayacaq.
Emreli Xorvatiya çempionatının 3-cü turunda “İstra 1961″ə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra belində olan ağrıları yenidən hiss etmişdi. O, sözügedən oyunda komandasının 4-cü qolunun müəllifi olmuşdu.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”