Dünya futbolu
Mahirli “Dinamo”nun təxirə salınmış ÇL matçının vaxtı açıqlandı
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubunun – Zaqreb “Dinamo”sunun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Yunanıstan AEK-i ilə dünən keçirməli olduğu təxirə salınmış matçın vaxtı müəyyənləşib.
Futbolinfo.az Xorvatiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Dinamo” ilə AEK arasında ilk duel avqustun 15-də Zaqrebdə baş tutacaq.
Cavab qarşılaşması isə avqustun 19-da Afinada reallaşacaq. Hər iki oyuna qonaq azarkeşlər buraxılmayacaqlar.
Xatırladaq ki, UEFA AEK – “Dinamo” matçını xorvat azarkeşlərlə yunan fanatlar arasında yaşanan qanlı insident üzündən ertələyib. Afina yaxınlığındakı toqquşma zamanı azı 6 nəfər yaralanıb, 22 yaşlı yunan tərəfdar isə aldığı bıçaq yaraları səbəbindən həyatını itirib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…