Ölkə futbolu
Mahirlə geridönüş
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” bu gün Xorvatiya çempionatında 6-cı tur oyununa çıxıb. Zaqreblilər uğursuz başlayan oyunun gedişini məhz həmyerlimizin də köməyi ilə dəyişə bilib.
Futbolinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi səfərdə “Osiyek”lə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib. Emreli 30-ci dəqiqədə meydana daxil olub.
İlk yarını 0:2 geridə başa vuran “Dinamo”nun ilk qolunu 71-ci dəqiqədə Mahir vurub. 86 və 90+8-ci dəqiqələrdə penaltilərlə daha iki dəfə fərqlənən “Dinamo” oyunu qalib bitirməyibacarıb.
Qeyd edək ki, “Dinamo” turnir cədvəlində 10 xalla 4-cü, “Osiyek” 11 xalla 2-cidir.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib