Ölkə futbolu
Mahmudov: “Spartak”la matç yoldaşlıq oyunu olsa da…”
“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov Moskva “Spartak”ına qarşı keçiriləcək yoldaşlıq matçı ilə bağlı “Match TV”yə açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, klub rəsmisi bu görüşün azarkeşlərin diqqətini çəkəcəyini bildirib: “Ölkələrinin “flaqman”ı sayılan klublar arasında tarixi rəqabət bu görüşü daha da vacib edir. İnanıram ki, matç yoldaşlıq oyunu olsa da, yenə də oyunçular və azarkeşlər arasında böyük maraq yaradacaq, həm də xoş xatirələr buraxacaq”.
Qeyd edək ki, qarşılaşma martın 23-də “Neftçi Arena”da keçiriləcək. Ötən ilin yayında Moskvada təşkil olunan yoldaşlıq görüşündə “Spartak” 2:0 hesablı qələbə qazanıb.