Digər idman növləri
Maks bu şənbə çempion olmaq istəyir
“Red Bull” pilotu Maks Ferstappen üçüncü dəfə dünya çempionu ola biləcəyi Qətər qran-prisi haqda fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Qətərə Mühəndislər kubokunda çempionluğu rəsmiləşdirərək gəlmək çox xoşdur. Bu trasda bolidi idarə etmək çox əyləncəlidir. Hamımız üçün çətin həftəsonu olacaq, çünki hava çox istidir.
Bu həftə sprint yarışı da var, ona görə də cümə günü məşqdə bacardığımız qədər çox məlumat əldə etməliyik. Şənbə günü sprint yarışında çempionluğu təmin edə bilərəm , və bu mənim əsas məqsədimdir. Ümid edirəm ki, bu həftəsonu yaddaqalan olacaq”, — deyə Ferstappen “Red Bull”un rəsmi saytına müsahibəsində bildirib.
Sprint yarışında titulunu rəsmiləşdirmək üçün niderlandlı pilota cəmi 3 xal kifayət edəcək. Çempionatda titula riyazı şansı qalan yeganə pilot onun komanda yoldaşı Serxio Peresdir.