Dünya futbolu
“Mançester Yunayted” 35 və 38 yaşlı qapıçılarla müqavilə bağladı
İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” 35 yaşlı qapıçı Tom Hitonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli qolkiperlə 2+1 illik müqavilə imzalanıb. “Mançester Yunayted”in öz yetirməsi olan Hiton, sabiq komandasına azad agent kimi qayıdıb. Hitonun köhnə-yeni komandasında ehtiyat qapıçı olması gözlənilir.
Tom Hiton son iki mövsümü “Aston Villa”da keçirib. O, karyerası ərzində “Bernli”, “Bristol Siti, “Kardiff Siti”, “Uikomb Uonderers”, “Roçdeyl”, KPR, “Suindon Taun” kimi klubların da formasını geyinib.
“Mançester Yunayted” digər ehtiyat qapıçısı Li Qrantla da yeni müqavilə bağladığını açıqlayıb. 38 yaşlı ingilis qolkiper ilə 1 illik müqavilə imzalanıb. 2018-ci ildən Mançester təmsilçisində olan təcrübəli qolkiper, demək olar ki, bu komandada forma şansı qazanmayıb. O, əvvəllər “Stok Siti, “Derbi Kaunti”, “Bernli”, “Şeffild Uensdey” və “Oldhem Atletik” klublarının da uğurları üçün çalışıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?