Dünya futbolu
“Mançester Yunayted”in müflis ulduzu
Ues Braun çətin vəziyyətdədir. “Mançester Yunayted”dən xatırladığımız mərkəz müdafiəçisi müflis olub. İndi onun milyonlarla dollar borcu var.
Futbolinfo.az xəbər verir ki, Braun karyerasını bitirdikdən sonra əmlak bazarında iş qurub. İlk vaxtlar işlər yaxşı getsə də, sonradan problemlər ortaya çıxıb. Koronavirus pandemiyası vaxtı qiymətlərin dəyişməsi sabiq müdafiəçisiyə problemlər yaradıb, o, biznesini idarə etməyi bacarmayıb. Həyat yoldaşından boşanan futbolçu müflis olub və hazırda həddindən çox borcu var. Hətta onun ev kirayəsini verməyə imkanı yoxdur.
Belə durumda keçmiş komanda yoldaşları ona yardım etməyə çalışır. Ueyn Runi və Maykl Karrik futbolçunun borclarının bir qismini “bağlayıb”. Hazırda “Mançester Yunayted”in əsas ulduzu olan Markus Reşford isə öz evini Brauna pulsuz verib.
1996-2011-ci illərdə “Manşester Yunayted”də oynamış Braun 232 matçda 3 qol vurub. Klubun uğurlarında xidməti olan sabiq müdafiəçi daha sonra “Sanderlend” və “Blekbern”də çıxış edib, 2017-ci ildə karyerasını bitirib. Hazırda onun 43 yaşı var.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?