Ölkə futbolu
Maqaye Geye: “Bizim üçün problem olmayacaq”
“Hər gün məşq etməyə çalışırıq. Fiziki hazırlıq üzrə məşqçimizlə videokonfrans vasitəsilə çalışmaları davam etdiririk”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın hücumçusu Maqaye Geye deyib.
O, koronavirus pandemiyasının tezliklə bitməsini və meydana qayıtmaq istədiyini deyib: “Nə zaman meydanlara qayıdacağımızı bilmirəm. Amma arzulayıram ki, bu tez baş versin və biz futbola davam edək. Çempionat başlasa, oyunlar sıx qrafikdə keçirilə bilər. “Qarabağ” bu qrafikə öyrəşib. Onsuz da avrokuboklarda qrupda çıxış etdiyimiz zaman belə oynayırdıq. 3 gündən bir meydana çıxırdıq. Bu durum bizim üçün problem yaratmayacaq. Durum elədi ki, bütün komandalar eyni vəziyyətdə olacaq. Kiminsə məşq etmək kimi lüksü yoxdu. Hamımız eyni zəhməti görəcəyik. Buna görə də narahat olmağa dəyməz”.
Geye ölkəsi Fransadakı vəziyyət barədə də fikirlərini bildirib: “Orada da vəziyyət eyni belədi. Hər kəs evə qapanıb və karantin qaydalarına əməl edir. Qorumağa və çətin dövrü geridə qoymağa çalışır hər kəs”.
CAVAD
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…