Dünya futbolu
Maquayrla Paketa dəyişdirilə bilər
Harri Maquayr və Lukas Paketa dəyişdirilə bilər. “Mançester Yunayted”lə “Vest Hem” bunun üçün danışıqlara başlayıb.
Futbolinfo.az xəbər verir ki, mankunianlar ötən yaydan başlayaraq braziliyalı yarımmüdafiəçini transfer etməyə çalışır. “Vest Hem” isə 65 milyon avro transfer dəyəri olan oyunçusunu daha baha qiymətləndirir. Mançesterlilər nisbətən az xərcə düşmək üçün maliyyənin bir qismini futbolçusunu qarşı düşərgəyə göndərməklə kompensasiya etməyə çalışır.
Bu variant “Vest Hem”ə də sərfəlidir. “Çəkicdöyənlər”in baş məşqçisi Devid Moyes müdafiənin mərkəzinə təcrübəli oyunçu axtarır. Maquayr onun arzuladığı müdafiəçilərdəndir. Klub bu dəyiş-düyüşdə Harrini 15 milyon avroya qiymətləndirir. “Mançester Yunayted” isə məbləği yetərli saymır və tərəflər yayadək müzakirələri davam etdirəcək.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı