Dünya futbolu
Martineslə yeni müqavilə bağlanacaq
Lautaro Martines “İnter”də qalmaq istəyir. Argentinalı hücumçu yeni müqavilə bağlamağın əleyhinə deyil.
Futbolinfo.az xəbər verir ki, Martinesin agenti anlaşmanın müddətinin artırılması barədə müzakirələrə başlayacaqlarını deyib: “Lautaro “İnter”i çox sevir. Bu səbəbdən yeni müqavilə ilə bağlı danışıqlara başlayırıq. Milan klubu da eyni istəkdədir. Müştərimin klubdakı hər kəslə münasibətlərinin əla olması mükəmməldir və bu, yeni əməkdaşlığa imkan yaradır”.
Xatırladaq ki, 2018-ci ildən “İnter” forması geyən 26 yaşlı forvard “Argentina” “Rasinq”indən gəldiyi İtaliyada başqa klubun formasını geyməyib.