Digər idman növləri
MBA-da qalib müəyyənləşdi
MBA-da çempionatdaxili turnirin final görüşü keçirilib. Las-Veqasda baş tutan qarşılaşmada “Los-Anceles Leykers”lə “İndiana Peysers” üz-üzə gəlib.
Kaliforniya təmsilçisi 123:109 hesabı ilə qalib gələrək MBA tarixində keçirilən ilk turnirin qalibi olub. Dördqat MBA çempionu Lebron Ceyms oyunda 24 xal toplayıb və 11 ribaund edib. O, turnirin MVP-si seçilib. Bütün turnir ərzində 39 yaşlı basketbolçunun göstəriciləri 26,4 xal, 7,9 ribaund və 7,6 asist təşkil edib.
Final görüşündə onun komanda yoldaşı Entoni Devis də möhtəşəm oyun nümayiş etdirib. O, 41 xaldan əlavə 20 dəfə də ribaund edib.
Xatırladaq ki, turnirdəki qələbəyə görə çempion komandanın hər bir oyunçusuna 500 min dollar veriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?