Dünya futbolu
Mbappe: “Bu, PSJ üçün yaxşı olmayacaq”
Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe karyerası ilə bağlı açıqlama verib.
Futbolinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, son vaxtlar adı müxtəlif klublarla yanaşı çəkilən 21 yaşlı futbolçu, transfer məsələləriylə bağlı bunları deyib:
“Hazırda hər kəs bu barədə danışır. Yanvar ayındayıq, indi transferlərlə bağlı suala cavab versəm, hər kəs bu barədə danışacaq. Bu, PSJ üçün yaxşı olmayacaq. PSJ-nin futbolçusuyam, bu mövsüm klubun böyüməsinə, kuboklar qazanmasına kömək etmək istəyirəm. Buna görə də, gələcək karyeram haqqında danışmaq düzgün deyil. Bütün diqqətimi PSJ-yə verməliyəm. Transferlə bağlı hər şeyi mövsümün sonunda görəcəyik”.
Fransalı futbolçu “Liverpul” haqqında da danışıb:
“Bu komandanın etdikləri inanılmazdır. Maşın kimidirlər. Bu mövsüm məğlub olmayıblar, kənardan bu, asan görünür, amma belə deyil. O futbolçular üç gün arayla oyun keçirirlər və qalib gəlirlər. “Liverpul” əla baş məşqçisi olan yaxşı komandadır”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza