Bizi izləyin

Ölkə futbolu

Medalçılara uduzmayan “Zirə” və “Kəpəz”: biri lider, digəri autsayder

blank
blank

Döyüşü yox, müharibəni udmaq lazımdır. Düzgün strategiya seçirsənsə, uğur qaçılmazdır. Yox, yalnız bir neçə matça köklənib digərlərində məğlub olursansa, yekunda sevinə bilməzsən. Medalçılara uduzmayan “Zirə” və “Səbail” digər rəqiblərlə görüşlərdə də normal xal qazandığı üçün ilk “üçlük”dədir, “Kəpəz” isə…

“Zirə”nin mövsümə “Qarabağ” üzərində qələbə ilə başlaması bu komandadanın iddalarına təkan olmuşdu. Qəsəbə təmsilçisi bundan ruhlanaraq xalları toplamaqda davam etdi və liderə çevrildi. “Sabah” və “Neftçi” ilə oyunlardan da 4 xal götürən “qartallar” zirvədə möhkəmləndi.

Amma bu gün bir daha aydın olur ki, “Zirə” hələ çempionluq mübarizəsinə hazır deyil, hətta avrokuboklara düşmək üçün də xeyli əziyyət çəkməl olacaq. Komanda intizamlı futbol oynayır, müdafiədə etibarlıdır. Lakin hücumda işlər qaydasında getmədisə, xal itkiləri qaçılmazdır. Və indi “Zirə” məğlub etdiyi “Qarabağ”la eyni xala malikdir, “Səbail”in də nəfəsini kürəyində hiss edir.

Uğurun açarı əsas rəqiblərinə uduzmamaqla yanaşı digər komandalarla görüşlərdə də qələbə qazanmaqdadır. Ortabablarla, autsayderlərlə oyunlarda büdrəmək olmaz. “Zirə” isə “Qəbələ” və “Araz-Naxçıvan”a yenilməklə böyük fürsəti əldən verdi. Səfərdə oynadığını nəzərə alsaq, həmin matçlarda heç-heçə etmək belə qazanc idi.

“Zirə” hələ də zirvədədir. Amma indi rəqiblərini böyük xal fərqi ilə qabaqlamır. “Araz-Naxçıvan”la oyun komandanın xüsusilə ön xəttdəki qüsurlarını çılpaqlığı ilə üzə çıxartdı. Qəsəbə təmsilçisi bundan sonra xal fərqinin verdiyi rahatlıqa oynamayacaq, yuxarı pillələrdə qalmaq üçün hər tur döyüşməli olacaq. Hamının eniş vaxtları olacaq, “Zirə” bunu məhz indi yaşayır. Komanda həm də onu anlamalıdır ki, ilk turlarda qazanılan nəticələrdə rəqiblərin hələ tam hazır olmaması rol oynayıb. Bugünkü “Qarabağ”la “Səbail”i məğlub etmək daha çətin olardı.

“Araz-Naxçıvan” “Zirə”dən fərqli qrafik cızır. Muxtar respublika təmsilçisi yüksələn xəttlə irəliləyir. Komandanın hazırlığa gec başlaması, heyətin formalaşdırılmasında yubanması uğursuz starta səbəb olmuşdu. Zamanla problemlər yoluna qoyuldu və naxçıvanlılar indi zirvədən cəmi 3 xal geridədir. Baş məşqçi Azər Bağırovun gördüyü iş qeyd olunmalıdır. Legioner seçimi yaxşıdır, komanda sabitliyə nail olub, lakin daha yüksək yerlərə iddia etmək üçün yerli oyunçu potensialı kifayət qədər deyil.

“Kəpəz” də “Zirə” ilə oxşar problemi yaşayır. Gəncə təmsilçisi də ötən ilin medalçılarına uduzmayıb – evdə “Neftçi” məğlub edilib, səfərdə “Qarabağ” və “Sabah”dan xal alınıb. Amma daha münasib olan bütün digər rəqiblərlə matçlarda məğlubiyyət reallaşıb. Bu gedişlə komanda Premyer Liqanı tərk etməyə əsas namizəd olacaq. Ardıcıl 4 matçda evdə xalsız qalmaq xoş gələcəkdən xəbər vermir. Doğrudur, “Kəpəz” çempionatın ən məhdud büdcəli komandasıdır. Bununla belə, xüsusilə ev oyunlarında daha yaxşı nəticələr qazanılmalıdır.

“Kəpəz” “Qəbələ”yə məğlub olmaqla bu komandanı özündən irəli buraxdı. Meydan sahibləri xüsusilə ilk yarıda daha üstün oynasa da, qolu rəqib vurdu və 3 xalı “cibinə qoydu”. İndi Gəncədə daha çətin dönəm başlayır. Yenə istefa şüarları eşidilir, növbəti xaotik dönəm yaşanır. Halbuki komandanın azarkeşləri ilə bütünləşib rəqibləri çətin vəziyyətə salması lazımdır.

İstənilən halda, maraqlı çempionat izləyirik. Komandaların səviyyəsi bir-birinə çox yaxındır, elə bu üzdən kimsə özündən öndəkindən böyük xal fərqi ilə geri qalmır. Enişlər, yüksəlişlər hamı üçün olacaq, bu müddətdə daha tez toparlananlar qış fasiləsinə öndə gedəcək. Fasilə zamanı kimin necə güclənməsi mövsümün qalan hissəsindəki gedişatı müəyyənləşdirəcək.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-29 09:10

Musa oynadı, komandası qələbə qazandı

blank
Dünya futbolu2024-04-29 08:52

Mutu Səudiyyə Ərəbistanına gedir

blank
Premyer-liqa2024-04-29 08:35

“Zirə” “Araz-Naxçıvan”a qarşı

blank
Ölkə futbolu2024-04-29 08:17

“Qarabağ” ispanların diqqət mərkəzində: “Hətta “Bayern” də onlar qədər olmadı”

blank
Ölkə futbolu2024-04-29 08:00

Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi

blank
Dünya futbolu2024-04-29 01:52

PSJ-nin 12-ci çempionluğu rəsmiləşdi

blank
Dünya futbolu2024-04-29 01:27

“Sevilya” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-04-29 01:01

“İnter”dən növbəti qələbə

blank
Dünya futbolu2024-04-29 00:44

“Arsenal” və “Mançester Siti”dən səfər qələbəsi

blank
Dünya futbolu2024-04-29 00:25

“Borussiya” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 23:38

“Trabzonspor”dan əzmkar qələbə

blank
Premyer-liqa2024-04-28 23:16

“Qarabağ” “böyük beşlik” komandalarından geri qalmır”

blank
Premyer-liqa2024-04-28 23:00

“Sumqayıt”a qarşı pis oynamadıq” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-28 22:51

“Sumqayıt” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Dünya futbolu2024-04-28 22:43

Sərtan oynadı, komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-28 22:31

Şeydayevin komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 22:22

İsgəndərli Türkiyədə növbəti qələbəsinə sevindi

blank
Premyer-liqa2024-04-28 21:55

“Sumqayıt” “Qarabağ”a qalib gəldi

blank
Əvəzedicilər2024-04-28 21:28

“Sabah”ın əvəzediciləri “Səbail”ə məğlub oldu

blank
Premyer-liqa2024-04-28 20:50

“Qırmızı vərəqə matçın taleyini həll etdi” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-28 20:33

“Turan Tovuz”un hədiyyə olmadığını anlayırdıq” – Bojoviç

blank
Premyer-liqa2024-04-28 20:19

“Neftçi”dən “Turan Tovuz”a 3 cavabsız qol – VİDEO

blank
Dünya futbolu2024-04-28 19:56

Diniyevli “Ümraniyəspor” səfərdə uduzdu

blank
Premyer-liqa2024-04-28 19:37

“Neftçi” “Turan Tovuz”a böyük hesabla qalib gəldi

blank
Premyer-liqa2024-04-28 19:00

Adil Şükürov: “Qəbələ” Premyer Liqada qalmalıdır” – VİDEO

blank
Premyer-liqa2024-04-28 18:44

Sxadadze: “Bu, mövsümün çox oyunlarına aiddir” – VİDEO

blank
Premyer-liqa2024-04-28 18:33

“Qəbələ” “Kəpəz”ə belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-04-28 18:18

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı

blank
Digər idman növləri2024-04-28 17:53

Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar

blank
Premyer-liqa2024-04-28 17:24

“Qəbələ” “Kəpəz”ə yenə uduzdu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm