Ölkə futbolu
Mehdi Cənnətovun yeni klubu bəllidir – yayda “Zirə”dən ayrılacaq
Mehdi Cənnətov “Zirə”də son aylarını keçirir. Qəsəbə təmsilçisinin qapıçısı mövsüm bitən kimi keçmiş komandasına qayıdacaq.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı qolkiper 2021-ci ilin yayında ayrıldığı “Sumqayıt”la anlaşıb. O, 4 il şərəfini qoruduğu “kimyaçılar”a sabiq baş məşqçisi Samir Abasovun istəyi ilə qayıdacaq. Yenidən bu komandanın “sükanı arxasına” keçən mütəxəssis keçmiş yetirməsini yanında görmək istəyir.
“Zirə”də sabit oyunu ilə seçilməyən Mehdi ilə yeni müqavilə bağlanmayıb. Onun anlaşması yayda bitəcəyindən, başqa komanda ilə danışıq aparmasına əngəl yoxdur. Cənnətov da bu imkandan yararlanaraq “Sumqayıt”la danışıb və şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. “Zirə” indidən özünə qapıçı axtara bilər.
2017-ci ildə “Anji”dən Sumqayıta gələn milliləşdirilən oyunçu Mahaçqala təmsilçisinin yetirməsidir. 2016-cı ilin avqustundan dekabrınadək “Baltika”da olmuş Mehdi, Azərbaycana gələnədək “Anji”də oynayıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”