Dünya futbolu
Messi: “Arzumu həyata keçirə bildim”
Lionel Messi FİFA tərəfindən 2022-ci ilin ən yaxşı oyunçusuna verilən “The Best” mükafatını qazanmasını şərh edib. Argentina millisinin və PSJ-nin hücumçusu bunları deyib:
“Bu, gözəldir. Möhtəşəm bir il keçirmiş Kərim Benzema və Kilian Mbabbeylə birlikdə belə siyahıda olmaq çox xoşdur. Mükafatı almaq mənim üçün böyük şərəfdir. Burada olan Skaloni və Martinesə təşəkkür etmək istərdim. Mənim üçün əla il oldu.Gərgin mübarizədən sonra arzumu həyata keçirə bildim. Ailəmə, Argentina xalqına təşəkkür etmək istəyirəm”.
Argentinalı oyunçu sosial şəbəkə hesabında isə bunları yazıb: “Mənə bu mükafatı qazandıran hər kəsə təşəkkür edirəm. Ailəmə və dostlarıma, bizə inanan 45 milyon argentinalıya… Və bütün FİFA qaliblərini təbrik edirəm. Xüsusilə Lionel Skaloni və Emiliano Martines mükafatlarına layiq idilər. Tezliklə görüşənədək!”
Qeyd edək ki, Messi DÇ-2022-də Argentina millisi ilə mundialın qalibi olub. O, turnirin ən yaxşı oyunçusu seçilib.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”