Digər
Messi sponsorların ən çox istədiyi idmançıdır
“SportsPro”nun məlumatına görə, yeddi dəfə “Qızıl top”u qazanan, “İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi, 2023-cü ildə sponsorlar tərəfindən ən yüksək tələbata malik idmançı olub. Bu reytinqdə ikinci yeri “Los-Angeles Leykers”in hücumçusu Ledron Ceyms tutub. Üçüncü yerdə qadınlardan ibarət futbol üzrə ABŞ millisinin hücumçusu Aleks Morqan qərarlaşıb.
İlk onluqda Morqanın komanda yoldaşı Meqan Rapinoe və PSJ-nin hücumçusu Kilian Mbappe də yer alıb.
Qeyd edək ki, ötən il bu reytinqə başçılıq edən “Ən-Nəsr” və Portuqaliya millisinin hücumçusu, “Qızıl top”un beşqat qalibi Kriştiano Ronaldo bu dəfə siyahıda ilk iyirmiliyə düşə bilməyib. “Mançester Siti”nin hücumçusu Erlinq Haaland da yüksək tələbata malik olmayıb. Ronaldo 27-ci, Haaland isə 33-cü yerdədir.
Ən çox reytinqə malik 10 idmançının sıyahısı belədir:
Lionel Messi, futbol, 36 yaş.
LeBron Ceyms, basketbol, 38 yaş.
Aleks Morgan, futbol, 34 yaş.
Yannis Antetokumbo, basketbol, 28 yaş.
Meqan Rapinoe, futbol, 38 yaş.
Mikaella Şiffrin, dağ xizəkçisi, 28 yaş.
Lyuis Həmilton, F1, 38 yaş.
Simona Bayls, bədii gimnastika, 26 yaş.
Kilian Mbappe, futbol, 24 yaş.
Maks Ferstappen, F1, 26 yaş.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub