Dünya futbolu
Messinin qolu “İnter Mayami”yə qələbə qazandırdı
Şimali Amerika Liqa Kubokunun ilk turunun “İnter Mayami” – “Krus Asul” matçı başa çatıb.
Futbolinfo.az xəbər verir ki, Fort Lauderdeyldəki (ABŞ) “İnter Mayami” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 44-cü dəqiqədə “İnter”in yarımmüdafiəçisi Robert Teylor açıb. 65-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Uriel Antuna tabloda hesabı bərabərləşdirib. Qələbə qolunu 94-cü dəqiqədə rəqib qapısına argentinalı hücumçu Lionel Messi vurub. O, cərimə zərbəsini dəqiqliklə yerinə yetirib.
Qeyd edək ki, bu, argentinalı üçün yeni komandadakı debüt matçı olub. O, 54-cü dəqiqədə yarımmüdafiəçi Benjamin Kremaskini əvəzləyərək meydana çıxıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”