Ölkə futbolu
Meza Kolli “Keşlə”dən imtina etdi: amma Azərbaycanda qalacaq
“Keşlə”nin Sezar Meza Kolli ilə bağlı planları baş tutmayıb.
Futbolinfo.az xəbər verir ki, koronavirus pandemiyasına görə yaranmış fasilə dönəmində Azərbaycanı tərk edən və o vaxtdan ölkəmizə qayıtmayan futbolçu paytaxt təmsilçisinin düşərgəsinə qayıtmaq istəmir.
Avropa Liqasının 1-ci təsnifat mərhələsində Albaniyanın “Laçi” klubu ilə oyunda komandaya kömək etməyən futbolçu klub rəhbərliyini də küsdürüb. Meza Kollinin hətta yeni baş məşqçi Yunis Hüseynovun da planlarına daxil olmadığı bildirilir. O, futbolçunun kluba bu cür münasibət göstərməsi səbəbindən Meza Kollidən küsüb.
Sezar “Keşlə”yə qayıtmaqda maraqlı olmasa da, yenə Azərbaycanda qalması da istisna deyil. Məsələ burasındadı ki, onu “Zirə” öz sıralarında görmək istəyir. Hazırda tərəflər arasında bu transferlə bağlı danışıqlar davam edir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?