Dünya futbolu
“Milan” İtaliya çempionu oldu
Bu gün İtaliya A Seriyasında 2021/22 mövsümünə yekun vurulur.
Futbolinfo.az xəbər verir ki, turnirin qalibi son turun matçlarından sonra bilinib.
Turnir cədvəlinin lideri “Milan” 38-ci turda “Sassuolo”nun qonağı olub. “Qırmızı-qaralar” bu görüşdə 3:0 hesabı ilə qalib gəlməklə çempion adını qazanıb.
2-ci pillədə olan “İnter” isə son turda “Sampdoriya”nı 3 cavabsız qolla məğlub edib.
Beləliklə, “Milan” 11 illik fasilədən sonra yenidən çempion olub. Komanda sonuncu dəfə 2010/11 mövsümündə qızıl medalları əldə etmişdi. Bu, “Milan”ın ümumilikdə 19-cu çempionluğudur.
İtaliya A Seriyası
38-ci tur
22 may
İnter – Sampdoriya 3:0
Qol: Perişiç, 49, Korrea, 55; 57.
Sassuolo – Milan 0:3
Qol: Jiru, 17, 32, Kessie, 36.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var