Dünya futbolu
“Milan” Kaldaranı icarəyə göndərib maaşını ödəyəcək
“Milan” Mattia Kaldaranı icarəyə göndərir. “Rossonyerlər” 29 yaşlı mərkəz müdafiəçisini “Frozinone”yə verir.
Futbolinfo.az xəbər verir ki, 2014-cü iln yayına kimi müqaviləsi olan oyunçunu kimsə transfer etmək niyyətində deyil. “Milan”ın baş məşqçisi Stefano Piolinin də heyətdə görmək istəmədiyi Mattia klub üçün əlavə yükə çevrilib.
A Seriyası təmsilçisi çıxış yolunu onun maaşının bir hissəsini ödəməklə icarəyə verməkdə görür. Ötən mövsüm “Spetsiya”da icarədə olan oyunçu indi “Frozinone” forması geyəcək. İllik maaşı 2,2 milyon avro olan futbolçunun əməkhaqqının böyük hissəsini məhz “qırmızı-qralar” qarşılayacaq.
Kaldara “Milan”ın ən uğursuz transferlərindən biridir. 2018-ci ildə “Yuventus”dan 38 milyon avroya alınan oyunçu heyətdə möhkəmlənməyi bacarmayıb, ardıcıllıqla “Atalanta”, “Venetsiya” və “Spetsiya”ya icarəyə göndərilib. Kimsə onu transfer etmək istəmədiyindən Mattia yenə eyni qaydada yola salınır.