Dünya futbolu
“Milan”da ciddi itki
İtaliyanın “Milan” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisinin yarımmüdafiəçisi İsmael Bennaser zədələnib.
Bu barədə komandanın baş məşqçisi Stefano Pioli İtaliya mətbuatına açıqlamasında deyib.
O, Avropa Liqasının 1/16 final mərhələsində “Srvena Zvezda”ya (Serbiya) qarşı keçirilən səfər matçında (2:2) Bennaserin zədələndiyini bildirib.
23 yaşlı futbolçu A Seriyasının 23-cü turu çərçivəsində, fevralın 21-də keçiriləcək “Milan” – “İnter” matçında forma geyinə bilməyəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…