Milli komanda
Milli komanda əcnəbiyə tapşırılmayacaq – sürpriz adlar var
AFFA milli komandanı yerli məşqçiyə tapşıracaq. Neftin qiymətinin kəskin azalmasından sonra futbola ayrılan maliyyədə qənaət siyasətinə üstünlük verən SOCAR seçim üçün başqa variant qoymayıb.
AFFA-nın ötən həftə milli komandaya namizəd məşqçilərlə danışıqları dayandırmasını rəsmən elan etməsi təsadüf deyildi. Düzdü, bu, daha çox Robert Prosineçkinin adının yenidən millimizlə yanaşı səslənməsinə görə oldu. Amma əslində, assosiasiya rəhbərliyinə əcnəbi namizədlərin üstündən xətt çəkməyi çoxdan tapşırıblar. SOCAR-dakılar müqaviləsi milyonlarla ölçüləcək xarici mütəxəssisə indiki dövrdə ehtiyac duyulmadığı qənaətindədi.
Əslində, bu, başadüşüləndi. Milli səviyyəsində bütün oyunlar təxirə salınıb, yeni təqvim bəlli deyil. Hazırkı vəziyyətdə hər hansı əcnəbi böyük tapşırıqların öhdəsindən gələcək gücdə deyil. AFFA bu üzdən ən azı qeyri-müəyyənliklə dolu dövrü yola vermək üçün böyük xərc tələb etməyən yerli məşqçiylə kifayətlənməyə məcburdu.
Hazırda qurum yerli namizədlərlə bağlı siyahı üzərində işləyir. Yaxınlarda toplaşması gözlənilən İcraiyyə Komitəsinin iclasında məsələ gündəmə gətiriləcək. Nikola Yurçeviçin vaxtında köməkçi işləmiş Arif Əsədov namizədlərdən biridi. Lakin icraçı vitse-prezident Elxan Məmmədovun hansı sürprizlər hazırladığını proqnozlaşdırmaq çətindi.
Pandemiya üzündən yaranan fasilə/sakitlik dönəmi ona nəfəs almağa imkan verib. Və bu situsiyadan növbəti hoqqasını reallaşdırmaq üçün yararlanmaq niyyətindədi. Siyahıda indiyədək ciddi klub təcrübəsi olmayanlar, yığmaların aşağı yaş qruplarında uğursuzluq salnaməsi yazanlar var. Tezliklə adları siz də biləcəksiz…
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?