Milli komanda
Milli komandamızın inzibatçıları da yoluxanlar siyahısındadı
Milli komandamızda koronavirusa yoluxanlar yalnız futbolçular deyil. AFFA-nın bu bəlaya düçar olduğunu rəsmən açıqladığı Təmkin Xəlilzadə və Rahil Məmmədovdan başqa, inzibati heyətdən daha bir neçə nəfər karantinə alınıb.
Təmkinlə Rahil səfərə çıxarkən onlardan götürülən testin nəticəsi neqativ olmuşdu və onlar ölkə xaricində koronavirusa yoluxub. Onlardan daha öncə isə milli komandanın inzibatçılarında yüksək hərarət və xəstəliyin digər əlamətləri özünü büruzə verib. Futbolçular bu şəxslərlə daimi təmasda olduğundan yoluxmanın qarşısını ala bilməyiblər.
Monteneqro ilə matçı kənardan izləyən bu şəxslər Lüksemburqa aparılmayıb və sabahkı matçda oynamayacaqlar. Ümid edirik, yoluxanların sayı artmaz.