Dünya futbolu
Milli üzvləri girovluqdan xilas edildi
Nigeriyada kimliyi bilinməyən silahlı adamlar tərəfindən girov götürülən futbolçular azadlığa buraxılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə yerli mətbuata Nigeriya polisindən məlumat verilib.
Məlumatda bildirilir ki, Nigeriya millisinin də üzvü olan Dayo Ojo və Benjamin İluyomade artıq azadlıqdadı. Əməliyyatın detalları açıqlanmasa da, hər iki futbolçunun sağlıq durumunun qaydasında olduğu diqqətə çatdırılıb.
Xatırladaq ki, Ojo və İluyomade iki gün əvvəl ölkənin Benin-Akure yolunda avtomobillə hərəkətdə olarkən naməlum şəxslər tərəfindən saxlanılmışdılar. Cinayətkarlar qaçırılan futbolçuların sərbəst buraxılması üçün 100 milyon naira (təxminən 450 min AZN) tələb etmişdilər.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?