Dünya futbolu
Millidə ilk qolunu vuran Demiral: “DÇ-yə gedəcəyimizə inanırıq”
Türkiyə millisinin üzvü Merih Demiral DÇ-2022-nin seçmə mərhələsində Cəbəllütariqi məğlub etdikləri oyundan sonra (6:0) fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, müdafiəçi, turnirin əsas mərhələsinə vəsiqə qazanacaqlarına inandığını deyib:
“Çox xoşbəxtik. İlk qolumu vurdum, Norveç də Latviya ilə heç-heçə etdi. Dünya çempionatına gedəcəyimizə inanırıq.
Axır ki, mən də rəqib qapısına yol tapdım. Bütün düşüncəmiz qol vurmaq idi. Rəqib azlıqda qalandan sonra daha rahat oynadıq. Dünya çempionatına getmək istəyirik. Layiqli bir qələbə qazandıq. Qrupu ən yaxşı sırada bitirib, inşallah, dünya çempionatına gedəcəyik”.
Türkiyə yığması G qrupunda 18 xalla 2-ci sıradadır.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı