Milli komanda
Daha bir millimizi darmadağın etdilər
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 21:00-da Lüksemburqda keçirilən oyunda Belçika yığması ilə qarşılaşıb. Qarşılaşmanı Bosniya və Herseqovinadan olan Luka Bilbiya idarə edib. Altı qolun qeydə alındığı görüş yığmamızın böyükhesablı məğlubiyyəti ilə başa çatıb.
Azərbaycan millisinin yer aldığı 8-ci qrupda bu gün Lüksemburq və İspaniya yığmaları da qarşılaşıb. İspanlar bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıblar.
AÇ-2022-nin seçmə mərhələsi
8-ci qrup
10 noyabr
Azərbaycan – Belçika 1:5
Qol: Mahmud Ağayev, 27 – Yohan Bakayoko, 35. Tuur Rommens, 36. Mario Stroeykens, 70. Luka Oyen, 73. Süleyman Damadayev, 85-öz qapısına.
Baş hakim: Luka Bilbiya
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?
- Ölkə futbolu2024-05-07 08:00
“Qəbələ”nin arxadan atdığı daş… “Səbail”ə dəydi