Milli komanda
Millimiz seçmə mərhələdə sonuncu oyunundan qalib ayrıldı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında 13-cü yer uğrunda İsveçrə yığması ilə oyun 6:6 hesabı ilə nəticələnib.
Penalti seriyasını daha dəqiq yerinə yetirən millimiz yekunda 5:4 hesabı ilə qaələbə qazanıb. Millimizin qollarını hərəyə iki dəfə Elşad Manafovla Ramil Əliyev və Orxan Məmmədovla, Comərd Baxşəliyev vurublar.