Milli komanda
Millimizdən ayrıldı, Livanda işləyəcək
Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviçin işsiz günləri başa çatıb.
Futbolinfo.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis yenidən yığmada işləyəcək. 57 yaşlı çalışdırıcı Livan millisinin “sükanı arxasına” keçib.
Livan Futbol Assosiasiyası onu yeni baş məşqçi kimi təyin edib. Yurçeviç bu postda serbiyalı Aleksandr İliçi əvəz edib.
Livan yığması onun rəhbərliyi altında ilk matçını oktyabrın 12-də Podqoritsada Monteneqroya qarşı keçirəcək. Livanlılar Monteneqrodan beş gün sonra da Dubayda Birləşmiş Ərəb Əmirlikləri ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.
Qeyd edək ki, Nikola Yurçeviç son olaraq 2019-cu ildə Azərbaycan millisinə rəhbərlik edib.