Dünya futbolu
Millimizin qapıçısı Fransa klubunda
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Eldar Tağızadə Fransanın “Klermon” klubuna keçib.
Futbolinfo.az xəbər verir ki, 18 yaşlı qapıçı yeni klubu ilə 2024-cü ilədək müqavilə imzalayıb. Bu, gənc qolkiperin ilk peşəkar sözləşməsidir.
Tağızadə 1 ilə yaxındır Liqa 2 təmsilçisinin düşərgəsində məşq edirdi. Müqavilə bağlamaqla o, “Klermon”un ikinci və U-19 komandasında forma geyinmə fürsəti qazanıb.
Qeyd edək ki, Eldar Tağızadə Azərbaycanda “Neftçi”nin heyətində AFFA-nın uşaq liqalarında mübarizə aparıb. Qolkiper son olaraq, İspaniyada “Fundacion Marcet” futbol akademiyasında oynayıb.