Digər idman növləri
Millimizin rəqibləri bəlli oldu
20 yaşadək voleybolçu qızlardan ibarət komandamız Litvanın Şaulyay şəhərində keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Futbolinfo.az xəbər verir ki, 3-7 yanvar tarixlərində baş tutacaq yarışda ümumilikdə 6 ölkənin yığma komandası mübarizə aparacaq.
Millimiz Latviya, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək.
AÇ-2024-ə seçmə xarakteri daşıyan turnirin reqlamentinə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?