Dünya futbolu
Millimizin sabiq futbolçusu “Hapoel”də
İsrailin “Makkabi” (Petah-Tikva) komandasından ayrılan Azərbaycan millisinin və “Sumqayıt”ın sabiq futbolçusu Əli Babayevin yeni klubu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, o, “Hapoel” (Ramat-Qan) klubuna keçib. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1.5 illik müqavilə imzalayıb.
Təcrübəli oyunçu daha əvvəl İsrail mətbuatına açıqlamasında yenidən “gənclik şəhəri” təmsilçisinə qayıda biləcəyini istisna etməmişdi.
Qeyd edək ki, 2018-ci ildə “Sumqayıt”da çıxış etmiş Əli Babayev Azərbaycan millisinə də dəvət alıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…