Ölkə futbolu
Millimizin sabiq hücumçusu: “İnanmayanlar məni daha güclü edir”
Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Qurbanov Belarusun “Slaviya” (Mozır) klubuna keçidi ilə bağlı fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu, “instagram” hesabında etdiyi paylaşımda bunları deyib:
“Rəsmi olaraq “Slaviya”nın oyunçusuyam. Əlimdən gələn hər şeyi edəcəm. Mənə inananlara təşəkkür edirəm. İnanmayanlar məni daha güclü edir”.
Qurbanov geridə qalan mövsümü “Zirə”də keçirib. O, daha öncə “Keşlə”, “Səbail”, “Qəbələ”, “Sumqayıt” və “Neftçi”də də forma geyinib. Futbolun sirlərinə “Dinamo” (Stavropol) və “Rostov” klublarında yiyələnmiş Qurbanov, sonralar “Nika”, “Taqanroq” və “Hayduk” (Split) kimi komandalarda da çıxış edib. Azərbaycan millisində 26 matça çıxmış forvard, cəmi 1 qolla yadda qalıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?