Digər idman növləri
Millimizin üzvü Rusiya çempionatının gümüş medalını qazandı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Mariya Kirilyuk Rusiya çempionatının “A” Yüksək Liqasının ikincisi olub.
Futbolinfo.az xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu “Severyanka” (Çerepoveç) son qarşılaşmada “Lokomotiv-2” kollektivi ilə üz-üzə gəlib.
Həlledici matçda rəqibini 3:1 hesabı ilə məğlub edən Çerepoveç təmsilçisi “A” Yüksək Liqanın gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, yarış dairəvi sistemlə keçirilib. İlkin mərhələni lider kimi başa vuran “Severyanka” final mərhələsində topladığı xallara görə ikinci olub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”