Dünya futbolu
Millinin baş məşqçisi ilə yeni müqavilə
Futbol üzrə Belçika yığmasının baş məşqçisi Roberto Martines millidəki işini daha iki il davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, Belçika Futbol Federasiyası 46 yaşlı mütəxəssislə yeni müqavilə barədə razılığa gəlib.
TASS agentliyinin yaydığı məlumata görə, yeni müqavilənin müddəti 2022-ci ilə kimidi. Federasiyanın bu barədə tezliklə rəsmi açıqlama verməsi gözlənilir.
Qeyd edək ki, Roberto Martines 2016-cı ildən Belçika yığmasına rəhbərlik edir. Onun rəhbərliyi altında bu komanda DÇ-2018-in bürünc medallarını qazanıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir