Digər idman növləri
Mingəçevirdə ölkə birinciliyi keçiriləcək
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2023-cü il 11 mart tarixində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində ölkə birinciliyi təşkil edəcək.
Futbolinfo.az xəbər verir ki, “Gənclər Kuboku” adı altında təşkil olunacaq turnirdə Mingəçevir və Bakıdan olan 2005-2010-cu il təvəllüdlü 80 nəfər yeniyetmə və gənc idmançı ölkə birinciliyi uğrunda mübarizə aparacaq.
Avarçəkənlər akademik, kayak və kanoe növlərində yarışacaqlar. Turnirin qalibləri diplom və medallarla mükafatlandırılacaq.
Qeyd edək ki, 4-7 may “Prezident Kuboku-2023” beynəlxalq reqatası öncəsi təşkil olunacaq bu yarış həm də idmançıların hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır. “Gənclər Kuboku”nda fərqlənən idmançılar “Prezident Koboku” beynəlxalq reqatasında iştirak hüququ qazanacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”