Dünya futbolu
Modriçdən tarixi rekord
“Real”ın yarımmüdafiəçisi Luka Modriç La Liqanın 11-ci turunda baş tutan “el klasiko”da komandasının qələbə qazanmasına yardımçı olub.
Futbolinfo.az xəbər verir ki, oyuna komandası 0:1 hesabı ilə geridə olarkən qoşulan təcrübəli xorvat 90+2-ci dəqiqədə Cud Bellingemin vurduğu qələbə qolunun ötürməsini verib.
Madrid təmsilçisinin heyətində 500-cü görüşünü keçirən Luka həm də “el klasiko” tarixində meydana çıxmış ən yaşlı futbolçu ünvanına sahib çıxıb. Orta xətt oyunçusu 38 yaş 47 günlüyündə “Barselona”ya qarşı oynayaraq “Real”ın sabiq oyunçusu Pako Buyonun 1996-cı ildə qeydə alınan (38 yaş 38 gün) rekordunu yeniləyib.
“Barselona” – “Real” qarşılaşması qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub