Ölkə futbolu
Moldova klubunda azərbaycanlı baş məşqçi
Azərbaycanlı məşqçi Novruz Əzimov Moldovanın “Dinamo-Avto” komandasının baş məşqçisi təyin olunub.
Futbolinfo.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
62 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə bağlanıb. Əzimovun bu kluba keçidində “Dinamo-Avto”nun rəhbərliyində türkiyəli və azərbaycanlı mütəxəssislərin çalışması da az rol oynamayıb. Belə ki, elita təmsilçisinin idman direktoru Rəsul Allahverdiyevdir.
Əzimov uzun illər işsiz idi. O, son olaraq “Bakı”da baş məşqçi kimi çalışıb. Təcrübəli mütəxəssis “Dinamo” (Bakı), “Kəpəz”, “Olimpik” (AZAL) komandalarında da baş məşqçi və məşqçi kimi fəaliyyət göstərib.
“Dinamo-Auto” Moldova çempionatında bu mövsüm 6 oyun keçirsə də, cəmi 2 xal qazanıb. Amma Moldova Futbol Federasiyası bu klubun 6 xalını sildiyi üçün, hazırda komanda -4 xalla 8 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…