Digər idman növləri
Monsa avtodromunda yenidənqurma işlərinə start verildi
İtaliyanın Monsa şəhərində yerləşən avtodromda yeniləmə işləri aparılacaq. Əfsanəvi trass sentyabra qədər dəyişikliklərə uğrayacaq.
“Automotosport” nəşrinin məlumatına əsasən, trasda asfalt örtüyü, qoruyucu sahələr və keçid yollarında dəyişiklik ediləcək.
Yeni asfalt eksperimental tərkibdən ibarət olacaq. Suyun axma drenajı dəyişdiriləcək. Trassa aparan tunellərdə yenidənqurma işləri görüləcək. Bundan başqa, avtodroma gələn yol da fərqli görkəm alacaq.
Trasda əsas dəyişiklik iki hissədə olacaq. Primo Variante zonası və Rocia şikanalarında çınqıllı zonalar bərpa ediləcək. Bu isə trassın 1,2,4 və 5-ci döngələri deməkdir.
Yenidənqurma işlərinin avqustun sonuna qədər yekunlaşdırılması planlaşdırılır.