Dünya futbolu
Mourinyonun üsyanı: “8-ci yeri tutmağımızı istəyənlər var”
“Roma”nın baş məşqçisi Joze Mourinyo A seriyasında və avrokubolarda komandasının oyununu idarə edən hakimlərə əsəbiləşib. Mütəxəssis bu barədə “Sportmediaset”ə danışıb:
“Bizim səkkizinci yeri tutmağımızda maraqlı olanlar var. Konfrans Liqasının finalında qalib gəlmək istəyirik. Belə olan halda İtaliyanın avrokuboklarda 8 komandası olacaq. Bu, İtaliya futbolu üçün fantastikdir. Amma bizim kimi zəhmətkeşlərə qarşı ədalətsizlik, hörmətsizlik olmamalıdır. “Fiorentina” ilə matçda rəqib qalib gəldi. Biz də çox yaxşı oynadıq, amma hakimlərdən, VAR-dan və oyundan sonrakı problemlərdən bezmişdik. Yaxşı, hakimlər səhv etdi, cəzalandılar, bəs bizim xalımız haradadır? Mövsümün sonunda VAR-ı və hakimləri təbrik etmək istəmirəm. Mən mövsümü beşinci və ya altıncı yerdə bitirmək istəyirəm . Bu, bizim məqsədimizdir, demək olar ki, hər mövsüm üçün minimal hədəfimizdir”.
Qeyd edək ki, “Roma” mayın 25-də Tiranada Konfrans Liqasının finalında “Feyenoord”la qarşılaşacaq.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı