Ölkə futbolu
Mövsümü 5,875 xalla bitirdik
Azərbaycan UEFA reytinqində xal ehtiyatını artıra bilməyib.
Futbolinfo.az xəbər verir ki, avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada “Bayer”ə 2:3 hesabı ilə məğlub olub. Ağdam klubunun mübarizəni dayandırması ilə Azərbaycanın cari mövsümdəki yekun mövqeyi müəyyənləşib. Ölkəmiz son 5 mövsümdə topladığı 20,125 xalla 27-ci yeri tutub. Cari mövsümdəki qazancımız isə 5,875 xal olub.
Reytinqə 103.178 əmsalla İngiltərə başçılıq edir. İspaniya (87.864) ikinci, İtaliya (86.998) isə üçüncü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı