Bizi izləyin

Layihə

MövZU BİRdir: bu yaşda milliləşmə nəyə lazım?

blank
blank

1872-ci ildə tarixdə keçirilən ilk rəsmi oyun olan Şotlandiya – İngiltərə matçından bəri milli komandalar bir ölkənin futbolunun əsas simasıdır. Doğrudur, klublar hər həftə meydana çıxdığından futbolda daha çox onlar müzakirə obyektinə çevrilir. Amma iki əzəli klubun azarkeşləri belə millinin oyunları naminə birləşir və eyni komandanı dəstəkləyir.

1872-ci ildən XX əsrin sonlarına qədər millidə olduğu kimi klublarda da əsasən yerli futbolçular top qovurdu. Bu, hər ölkəyə aiddir. Doğrudur, bəzi Avropa nəhəngləri 1950-ci illərdən başlayaraq legionerlərə bel bağlayırdı. Amma həmin legionerlər komandalarda aparıcı oyunçular sayılsa da, azlıq təşkil edirdi.

XXI əsrdə vəziyyət köklü şəkildə dəyişib. Avropada hətta bizim kimi ölkələr uğur əldə etmək üçün daha çox legionerlərə güvənməyə məcbur olur. Məsələn, son 10 ildə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” belə əsasən əcnəbi oyunçularının hesabına bunu etməyi bacarır. Amma hər nə qədər bu uğur Azərbaycan futbolunun təbliği üçün müsbət məqam sayılsa da, Avropada bizə millinin nəticələrinə görə qiymət verirlər. Millidə də əsasən yerli futbolçular oynadığından nəticələr ürəkaçan olmur.

Məsələ ondadır ki, “Qarabağ”ın yağlı əlini millinin başına çəkməyə cəhd edəndə də bunun bəhrəsini görə bilmirik. Bu haqda mətləbə keçəndən sonra danışacağıq. Mətləb isə ondan ibarətdir ki, millimizin baş məşqçisi Canni de Byazi Abdullah Zubirin millimizdə çıxış etməsinə, bu seçmə mərhələdə meydana çıxmasına cəhd edir. O, AFFA rəhbərliyini məcbur edir ki, Fransa vətəndaşını razı salıb biz tərəfə keçirsin.

Bu planın nə dərəcədə reallaşıb-reallaşmayacağını deyə bilmərik. Amma FİFA-nın tələblərinə və prosedur qaydalarına diqqət yetirsək, Zubiri milliləşdirmək mümkündür. Çünki Abdullah artıq 5 ildir ki, Azərbaycanda top qovur. FİFA-nı qaydalarına görə, bir futbolçu 5 il legioner həyatı yaşadığı ölkədə qalsa, vətəndaşlıq alıb həmin ölkənin millisində çıxış edə bilər. Təbii ki, daha bir vacib şərt həmin futbolçunun öz ölkəsinin yığmasının heyətində rəsmi oyuna çıxmamasıdır.

Bu mənada de Byazinin bəxti gətirib. Çünki Zubir indiyə qədər nə tarixi vətəni olduğu Mərakeş millisindən, nə də doğulduğu Fransa yığmasından dəvət alıb. Deməli, oyunçu özü razılıq versə, de Byazi arzusuna çata bilər. Amma AFFA-nın da bunun üçün müraciət etməsi şərtdir və bildiyimizə görə indiyəqədərki səhv addımlardan dərs alan qurum eyni şeyi təkrarlamaq istəmir.

İndi bizi bir məsələ düşündürür: Zubiri 31 yaşında milliləşdirsək, bu, bizə nə verəcək? Belə məqamda əlahəzrət təcrübəyə müraciət etməyimiz daha məqsədəuyğun olar. Görəsən, buna qədər ölkəmizdə yaşamağın 5 ilini tamamlayaraq millimizə dəvət alan legionerlərdən fayda görmüşükmü? Görünən kəndə bələdçi lazım deyil. Çünki Avropa futboluna bələd olan bu legioner “bələdçilər”i sıralarımıza qatmaqla heç nəyə nail olmamışıq.

blank

Elə “Qarabağ”ın özünü götürək. Ağdam klubunun heyətində birvaxtlar aparıcı fiqur olan Riçard Almeyda vətəndaşlığımızı qəbul etdikdən sonra milliyə heç bir fayda vermədi. 2017-ci ildən yığmamızın heyətində çıxış edən Riçard keçirdiyi 31 görüşdə 3 dəfə fərqlənməklə diqqət çəkibmi? Təbii ki, hücumçu deyil və ondan qol gözləməyə də dəyməz. Amma Almeydanın varlığı komandamızın nəticələrinə müsbət təsir göstərməyib.

Eyni sözləri Filip Ozobiç haqda da söyləmək olar. Yenə eyni vəziyyətin şahidi olmuşuq. Özü də bir qəribə və səbəbini izah edə bilmədiyimiz məqamı da diqqətinizə çatdıraq. Nə sirdirsə, bu oyunçular milliləşdikdən sonra kəramətlərini itirdilər. Nə Almeyda əvvəlki əzəmətini göstərə bildi, nə də Ozobiç öz oyununu nümayiş etdirdi. Böyük ehtimalla Zubirlə də eyni aqibət yaşanacaq. Həm də ki, biz 31 yaşlı futbolçudan danışırıq. Doğrudur, bu yaş bir futbolçunun qocalıq dövrü deyil. Amma yenə də etiraf etməliyik ki, “tər çiçəyi” qoxlamayacağıq. Çox təəssüf ki, belə ətirli gülləri də şoranlıqda əkməkllə onların ləçəklərini tökürük.

blank

Təbii ki, Zubir top saxlamağı və rəqib keçməyi ilə və bəzən kritik məqamlarda fərqlənməyi ilə seçilir. Amma millidə sistemsizlik hökm sürdüyündən ondan nəsə fayda götürə bilməyəcəyik. Zubir bəlkə də hansısa oyunun taleyini dəyişə bilər, lakin millimizin onun sayəsində seçmə mərhəldə sensasiyaya imza atması mümkün deyil.

Həm də millimizin artıq bu seçmə mərhələdə qatarı gedib. Səfərdə Avstriya və İsveç millilərinə darmadağından sonra evdə qrupun özümüz kimi autsayderlərindən olan Estoniya yığmasını da məğlub edə bilmədik. Zubir gəlib küllüyü gülüstana çevirə bilməyəcək axı. De Byazi də bu seçmə mərhələdən sonra göndəriləcək. Artıq bundan sonra AFFA-nın onunla işbirliyini davam etdirmək niyyəti olmayacaq. Amma  italiyalı mütəxəssis iş yerini qorumaq üçün hər cür varianta əl atır. Görünən odur ki, təcrübəli məşqçi Albaniya millisi ilə qazandığı nüfuzu burada xərcləyir. O indi dəryada batmaq üzrə olan üzgüçüyə bənzəyir. Artıq saman çöpündən də imdad umur.

Bəs, görəsən, çıxış yolu nədən ibarətdir? Bunun cavabını hamımız bilirik. Ölkədə millinin uğurlarını arzulayan hər bir kəs əsas problemin uşaq futbolunda olduğunu, gənc kadrlar yetişdirmək lazım gəldiyini yaxşı anlayır. Onların yetişdirilməsi üçün işlərin görülməsi vacib şərtdir. Bunun üçün klublarda akademiyaların yaradılması ön plana çıxır. Amma bunlardan o qədər danışılıb ki, artıq klubları silkələmək üçün yeni sözlər də tapmaq çətindir.

Sadəcə, bir deyimi bu yerdə xatırlatmaq yerinə düşərdi: xeyrin yoxdur, heç olmasa  ziyan vermə! Bəli, futbolçu yetişdirə bilməməklə bizə xeyir vermirlər, barı legionerləri milliləşdirməklə futbolumuza ziyan vurmasınlar. Çünki hər belə milliləşən futbolçu yerli oyunçunun milli qapısını bağlayır. Artıq gənc nəsil də bunu görüb ruhdan düşür. Ona dəyərin verilməməsi psixiloji böhrana yol açır. Bütün bunlar da uğursuzluğa dolayı yolla da olsa, “təkan verir”. Bəli, təəssüf ki, Azərbaycan futbolu “tektonik zona”da yerləşir, belə təkanlar da bizi yerlə bir edir…

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2023-08-29 18:51

Yekaterinburqda ilk medal

blank
Ölkə futbolu2023-08-29 18:35

Millimiz Avropa çempionatında 22 cüdoçu ilə mübarizə aparacaq

blank
Dünya futbolu2023-08-29 18:18

Feliks Madriddə qalmayacaq – evini boşaltdı

blank
Digər idman növləri2023-08-29 17:58

Azərbaycan taekvondoçuları üçün Fransa sınağı

blank
AÇ-20242023-08-29 17:41

Baumqartner millimizin onlara problem yaratmayacağına əmindir

blank
Dünya futbolu2023-08-29 17:27

Pavar “İnter”ə keçir

blank
Layihə2023-08-29 17:15

MövZU BİRdir: bu yaşda milliləşmə nəyə lazım?

blank
Ölkə futbolu2023-08-29 17:00

Mutunun Bakıdakı “şirin ev”i – FOTOLAR

blank
Digər idman növləri2023-08-29 16:46

DÇ-dən dönən cüdoçularımız böyük çoşqu ilə qarşılandı

blank
Dünya futbolu2023-08-29 16:32

Nunyes boykota başladı

blank
Milli komanda2023-08-29 16:17

DÇ: Yığmamızın oyunlarının təqvimi müəyyənləşdi

blank
Ölkə futbolu2023-08-29 16:00

Rzayev “100”ü keçdi

blank
Digər idman növləri2023-08-29 15:43

Səbinə Əliyeva qran-pridə iştirak edəcək

blank
Digər idman növləri2023-08-29 15:22

Teymur Rəcəbov Hindistana yollanır

blank
Dünya futbolu2023-08-29 15:07

Anyellinin cəzası yüngülləşdirildi

blank
Dünya futbolu2023-08-29 14:52

Manuel Noyer məşqlərə başladı

blank
Dünya futbolu2023-08-29 14:34

Benzema sıradan çıxdı

blank
Dünya futbolu2023-08-29 14:19

Bakıya gəlməmiş yeni klub tapdı

blank
Dünya futbolu2023-08-29 14:01

“Arsenal”dan “Çelsi”yə

blank
Ölkə futbolu2023-08-29 13:31

II Liqanın təqvimi bilindi

blank
Ölkə futbolu2023-08-29 13:14

I Liqanın təqvimi açıqlandı

blank
Dünya futbolu2023-08-29 13:00

Musa Qurbanlı rəmzi komandada – FOTO

blank
Dünya futbolu2023-08-29 12:40

Salah üçün 162 milyon dollar

blank
Müsahibə2023-08-29 12:21

“Növbəti oyundan uzağa getmək olmaz”

blank
Digər idman növləri2023-08-29 12:02

Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlandı

blank
Dünya futbolu2023-08-29 11:49

Baloqun “Monako”da oynayacaq

blank
Digər idman növləri2023-08-29 11:30

Günay Məmmədzadənin komandası DÇ-də 3-cü oldu

blank
Dünya futbolu2023-08-29 11:12

Ərəblər “Liverpul”dan əl çəkmir

blank
Digər idman növləri2023-08-29 10:54

Dünya birinciliyi öncəsi milli komanda ilə görüş

blank
Dünya futbolu2023-08-29 10:35

“Mançester Yunayted” əvəzedici axtarır

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:05

“Qarabağ”dan Finlandiya klubu üzərində çətin qələbə – VİDEO

blank
Ölkə futbolu2023-08-09 17:14

“Növbəti mərhələyə ilk addımı birlikdə ataq!” – VİDEO

blank
Premyer-liqa2023-08-06 22:30

“Sabah”dan “Qəbələ”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-08-06 20:44

“Kəpəz” “Neftçi”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-06 20:00

“Neftçi”ni udsaq da, böyük bir iş görməmişik” – VİDEO

blank
Premyer-liqa2023-08-06 19:49

Mutu: “Nə məğlubiyyətə, nə də qələbəyə layiq idik” – VİDEO

blank
Ölkə futbolu2023-08-06 13:00

“Kəpəz” yeni formalarını təqdim etdi – VİDEO

blank
Premyer-liqa2023-08-05 23:57

“Zirə”nin “Qarabağ” üzərində ilk qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-08-05 21:43

“Sumqayıt”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-04 23:50

“Turan Tovuz”dan darmadağın – VİDEO

Facebook

Gündəm