Ölkə futbolu
Musa Qurbanlının rəqibi satıldı
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi İsveç klubu “Yurqorden” daha bir futbolçusu ilə yollarını ayırıb. Stokholm təmsilçisi bu dəfə mərkəz hücumçusu Noel Milleskoqla vidalaşıb.
Qurbanlının rəqiblərindən olan 21 yaşlı forvard karyerasını İsveçdə davam etdirəcək. “Yurqorden” onu icarəyə verməyi planlaşdırırdı. Lakin Milleskoq “Sirius”a birdəfəlik transfer olunmağı seçib. Hazırda azərbaycanlı forvardın ön xətdə yeganə rəqibi yeni transfer Dəniz Hümmətdir.
Qeyd edək ki, Noel Milleskoq ötən yay “Orebro”dan “Yurqorden”ə keçib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd